- 11:50
Türkiyənin Sivas şəhərində ağır yol qəzası olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sivasın Alahacı kəndi yaxınlığında şagirdləri daşıyan məktəb avtobusunun aşması nəticəsində 14-ü şagird olmaqla 15 nəfər yaralanıb.
Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Qəzanın yolun buz bağlaması səbəbindən tbaş verdiyi bildirilib.
Şəbnəm Mehdizadə