Türkiyədə 10 İŞİD terrorçusu həbs edilib


  • 11:40

Türkiyənin Kırşehir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis şəhərin mərkəzindəki bir neçə ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı 10 İraq vətəndaşı saxlanılıb.

Axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar, təşkilati sənədlər və 20.000 ABŞ dolları tapılıb.

Saxlanılan şübhəlilər həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər