- 11:40
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığındakı qocalar evində baş verən partlayışlar nəticəsində iki nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Rəsmilər qaz sızmasının yoxlanılması zamanı ardıcıl iki partlayışın baş verdiyini və ilkin məlumatlara görə iki nəfərin öldüyünü bildirib.
Həmçinin bildirilib ki, partlayışlar nəticəsində binanın bir hissəsi uçub, 5 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Şəbnəm Mehdizadə