- 17:12
Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi planlayır.
E-huquq.az bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, qurum Lavoçkin adlı kosmos şirkəti ilə müqavilə imzalayıb.
Razılaşma çərçivəsində birgə işlərin aparılacağı qeyd olunub.
Qeyd edək ki, 2021-ci ildə "Roskosmos" və Çin Milli Kosmos İdarəsi arasında Ayın tədqiqi üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.
Şəbnəm Mehdizadə