Tehranda futbol oyunları təxirə salınıb


  • 15:51

İranın paytaxtı Tehranda havanın kəskin çirklənməsi səbəbindən futbol oyunları təxirə salınıb.

E-huquq.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə Tehran Vilayətinin Futbol Federasiyasının Səhiyyə Komitəsi açıqlama yayıb.

Açıqlamada bu günə planlaşdırılan bütün futbol matçlarının Tehranda havanın çirklənməsi səviyyəsinin artması səbəbindən təxirə salındığı bildirilib.

Qərarda həmçinin bu gün məşqlərə icazə verilməyəcəyi də qeyd olunub.

Bildirilib ki, bu gün Tehranda havanın çirklənməsi 149 mikroqram/kubmetrdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər