- 17:25
Yaponiyada artan ayı hücumları ilə mübarizə aparmaq məqsədilə süni intellektlə işləyən müşahidə sistemi tətbiq edilir.
E-huquq.az "Japan Today"ə istinadən xəbər verir ki, ölkədə ayı hücumlarının sayının artmasının qarşısını almaq üçün süni intellektə əsaslanan və avtomatlaşdırılmış aşkarlama və bildiriş sistemindən istifadə edilir.
“B Alert” (ingiliscə “ayı” sözünün ilk hərfinə istinad edir) kimi də tanınan müşahidə sistemi yaşayış məntəqələri, dağlıq ərazilər və çay sahilləri yaxınlığında yerləşdirilən kameralardan görüntülər toplayır.
Kameralar ayı aşkar etdikdə, sistem avtomatik olaraq görüntüləri elektron poçt vasitəsilə yerli hökumət rəsmilərinə və aidiyyəti şəxslərə göndərir.
Bu sistem məmurlara sakinləri köhnə üsuldan 30 dəqiqə əvvəl xəbərdar etməyə imkan verir.
Toyama, Fukui və Kobe kimi bölgələrdə tətbiq olunmağa başlayan sistemin ölkənin müxtəlif şəhərlərində də tətbiq olunacağı bildirilir.
Şəbnəm Mehdizadə