- 17:48
Cənubi Koreya Milli Assambleyası dezinformasiya yayan KİV-lərə qarşı cəzaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yalan və uydurma” məlumatların yayılmasını qadağan edən qanun layihəsi Konqresdən keçib.
Qanun layihəsinə əsasən media təşkilatları qeyri-qanuni mənfəət üçün dezinformasiya yaydıqları və başqalarına zərər vurduqları təqdirdə vurduqları zərərin beş misli qədər cərimə ödəməli olacaq.
Qanun layihəsində həmçinin böhtan atan şəxsləri üç ilə qədər həbs və ya təxminən 20.000 dollara qədər cərimə gözləyir.
Hakim partiya qanun layihəsinin saxta məlumatların yayılmasının qarşısını almaq və məsuliyyəti artırmaq məqsədi daşıdığını, müxalifət isə bunun medianı susdurmaq və söz azadlığını pozmaq cəhdi olduğunu iddia edib.
Şəbnəm Mehdizadə