Çin Bohay dənizində 100 milyon ton neft ehtiyatı aşkarlayıb


  • 16:28

Çinin şimal-şərqində Bohay dənizində 100 milyon ton xam neft ehtiyatı aşkar edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Çinin Milli Dəniz Neft-Qaz Korporasiyası (CNOOC) məlumat yayıb.

Məlumata görə, Bohay dənizində Neogen dövrünə aid dayaz təbəqələrdə yeni neft ehtiyatları aşkar edilib.

"Qinhuangdao 29-6" adlandırılan neft yatağında təxminən 100 milyon ton orta ağır xam neft müəyyən edilib.

1688 metr dərinliyə qazılan sınaq quyusundan gündəlik 2560 barel neft çıxarıldığı halda, yataqdan gündəlik 370 ton (8786 barel) neftin çıxarıla biləcəyi təxmin edilir.

Şirkət ötən il eyni bölgədəki Qinhuangdao 27-3 neft yatağında 100 milyon ton xam neft ehtiyatı aşkar etdiyini bildirmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər