ABŞ-də pitbul azyaşlı uşağı hücum edib


  • 16:58

ABŞ-nin Nyu York şəhərində dəhşəli hadisə baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Union Square yaxınlığında 1 yaşlı uşaq pitbul itinin hücumuna məruz qalıb.

Ayağından ağır xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.

Azyaşlının həyati təhlükəsinin olmadığı bildirilib.

Nyu-York polis idarəsindən verilən açıqlamada hadisə yerindən qaçan it sahibinə qarşı cinayət işi açılmadığı qeyd edilib.

Bu qərar sosial mediada müzakirələrə səbəb olub və uşağın ailəsi itin evtanaziyası üçün bütün qanuni yollara əl atacaqlarını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər