- 17:48
Yaponiya Suriyaya 53 milyon dollar yardım edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaponiyanın xarici işlər nazirinin müavini Yohei Onişinin dekabrın 22-də Suriyaya səfəri zamanı Suriyanın maliyyə naziri Məhəmməd Yaser Berniye və digər hökumət rəsmiləri ilə görüşüb.
Yaponiyanın Suriya hökumətinin əhatəli, dinc və sabit keçidə nail olmaq səylərini dəstəkləmək niyyətində olduğunu bildirən nazir müavini ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını bildirib.
Onişi Yaponiyanın Suriya ilə iqtisadi əməkdaşlığı davam etdirməyə sadiq olduğunu və cari maliyyə ilinin büdcəsində ölkəyə 53 milyon dollar yardımın ayrıldığını qeyd edib.
Tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Şəbnəm Mehdizadə