"2026-cı il daha da çətin olacaq" - Melonidən qalmaqallı AÇIQLAMA


  • 17:19

İlin sonu yaxınlaşdıqca dünya liderlərindən maraqlı mesajlar gəlir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Baş Naziri Corcia Meloni iştirak etdiyi tədbirdə ilin sonuna doğru diqqət çəkən bir açıqlama verib. O, bu ilin hər kəs üçün çətin olduğunu vurğulayıb.

"Hamınızı sevirəm. Biz bir ailəyik və il boyu birlikdə mübarizə aparırıq. Bu il hamımız üçün çətin oldu, amma narahat olmayın, 2026-cı il daha da çətin olacaq. Ona görə də bu bayramda yaxşıca dincəlməyi məsləhət görürəm",- deyə baş nazir çıxışının davamında bildirib.

Meloninin bu qeyri-adi açıqlaması geniş müzakirələrə səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər