Avstraliyada silahlı hücumu dəstəkləyən şəxsin evindən silahlar müsadirə edilib


  • 17:25

Avstraliyanın Sidney şəhərində baş vermiş silahlı hücumu dəstəkləməkdə şübhəli bilinən 39 yaşlı Martin Tomas Qlinnin evində aparılan axtarış zamanı çoxlu sayda silah və sursat müsadirə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, polis axtarış zamanı altı lisenziyalı tüfəng və təxminən 4 min ədəd patron aşkarlayıb. Eyni zamanda evdə bomba hazırlanması ilə bağlı materialların siyahısı və Qlinnin mobil telefonunda partlayıcı maddələrlə bağlı açıq mənbəli məlumatlar tapılıb.

Qlinn 14 dekabrda Sidneydə 15 nəfərin ölümü və 42 nəfərin yaralanması ilə nəticələnən hücumu sosial mediada dəstəklədiyi iddiası ilə saxlanılıb və üç maddə üzrə ittiham olunur. O, 3 fevral tarixinədək həbsdə qalacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər