Türkiyədə saxta spirtli içkiyə görə 21 nəfər saxlanılıb


  • 17:43

Türkiyənin iki vilayətində saxta spirt istehlakı nəticəsində yaranan ölüm hallarının qarşısının alınması üçün əməliyyat keçirilib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, təhükəsizlik qüvvələrinin İstanbul və Antalyada keçirdiyi əməliyyatlarda 17,5 ton saxta spirtli içki ələ keçirilib, 21 şübhəli saxlanılıb.

Üvanlarda aparılan axtarışlar zamanı 16 ton saxta spirt, süzgəc avadanlığı və distillə sistemləri, qablaşdırma aparatı, çoxlu sayda qab və etiketlər götürülüb.

Şübhəlilər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər