- 17:43
İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrini hava və artilleriya zərbələri ilə hədəfə alıb.
E-huquq.az xə bər verir ki, İsrail hərbi təyyarəsi Qəzza şəhərinin Tuffah məhəlləsini bombalayıb və artilleriya atəşi ilə hədəfə alıb.
İsrailin hücumları nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasını demək olar ki, hər gün pozan İsrail ordusu fələstinlilərə qarşı hücumlarını davam etdirir.
Şəbnəm Mehdizadə