- 10:57
Suriyanın paytaxtı Dəməşqdə İŞİD terror təşkilatının üzvləri ələ keçirilib.
E-huquq.az Suriyanın rəsmi dövlət televiziya kanalı Əl-İxbariyyəyə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.
"Özünü Dəməşqin qubernatoru adlandıran "Əbu Ömər Tayba" kod adlı Taha əz-Zubi və onun köməkçiləri Suriya təhlükəsizlik qüvvələri ilə ABŞ-nin başçılıq etdiyi Terrorla Mübarizə Koalisiyası ilə birgə keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib" - deyə mənbə qeyd edib.
Taha əz-Zubi və onun bəzi köməkçilərinin partlayıcı jilet geyindikləri məlum olub.
Şəbnəm Mehdizadə