“Apple” Çində süni intellektə senzura tətbiq edəcək


  • 09:54

“Apple”ın neyron şəbəkəsi Çində istifadəyə icazə verilməsini təmin etmək üçün qadağan olunmuş suallardan istifadə edilərək sınaqdan keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

“Apple” 2024-cü ildə öz cihazlarında süni intellekt xüsusiyyətlərini elan edib, lakin şirkət Çin də daxil olmaqla bir çox bölgədə neyron şəbəkəni işə sala bilməyib.

“Apple”ın süni intellektini təsdiqləmək üçün Çin səlahiyyətliləri onu qadağan olunmuş mövzularla bağlı 2000 sualla sınaqdan keçirəcək. Əgər çatbot onların ən azı 95 faizinə cavab verməkdən imtina edərsə, hökumətin razılığını alacaq.

Məlumatda bildirilib ki, Çində fəaliyyət göstərən hər bir süni intellekt modeli senzuraya riayət etməlidir.

Humay Eminqızı

Oxşar xəbərlər