Belçikada 3200-dən çox məhkum həbsxanadan kənardadır


  • 09:57

Belçika həbsxanalarında sıxlıq problemi getdikcə dərinləşir.

E-huquq.az "De Morgen" qəzetinə istinadən xəbər verir ki, Belçika Ədliyyə Nazirliyi həbsxanalarda sıxlıq problemini həll etmək üçün hökumətin təcili müdaxilə etməli olduğunu bildirib.

Bildirilir ki, 3200-dən çox məhkum yer çatışmazlığı səbəbindən həbsxanadan kənardadır.

Belçikanın ədliyyə naziri Annelies Verlinden məhbusların gözləniləndən 6 ay tez azadlığa buraxılmasına icazə verən qanuna dəyişiklik etməyi və bu müddəti 1 ilə qədər artırmağı təklif edir.

Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Belçika həbsxanalarında yaşanan izdiham, gigiyena problemləri və artan zorakılıq uzun müddətdir müzakirə mövzusuna çevrilib.

Nazirlər Kabinetinin dünənki iclasında həbsxanalarda sıxlıq probleminin həlli ilə bağlı razılıq əldə olunmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər