- 10:53
Əfqanıstanla sərhədini kəsən Tacikistanın Xatlon bölgəsində Şamşiddin Şoxin rayonu yaxınlığında qeyri-qanuni sərhəd keçmiş üç terrorçu təşkilat üzvü silahlı müqavimət göstərərək zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
Tacikistanın sərhəd xidməti əməkdaşlarından iki nəfər həlak olub.
Terrorçuların hücumundan sonra sərhəddə vəziyyətin sakit olduğu və hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.
***
Tacikistan–Əfqanıstan sərhədində silahlı atışma baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, silahlı toqquşma nəticəsində ölənlər var.
Humay Eminqızı