İstanbulda sexdə güclü yanğın: 4 avtomobil külə döndü


  • 10:25

Türkiyənin İstanbul şəhərində avtomobil təmiri sexindəgüclü ynğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Sultanbəyli səmtindəki 4 mərtəbəli binanın zirzəmisində sexdə naməlum səbəbdən yanğın başlayıb.

Alov qısa müddətdə genişlənərək içəridə olan 4 avtomobili bürüyüb.

Hadisə yerinə yanğınsöndürmə və polis qrupları göndərilib.

Yanğın qruplar tərəfindən söndürülüb.

Hadisə nəticəsində 4 avtomobil yararsız hala düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər