Türkiyədə 1 tondan çox saxta içki ələ keçirildi


  • 10:36

Türkiyənin Muğla şəhərində və ətraf rayonlarda keçirilən genişmiqyaslı əməliyyatda 1 ton 235 litr saxta spirt və 1 ton 19 litr qaçaq şərab ələ keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığınınkeçirdiyi əməliyyat çərçivəsində şəhər mərkəzi və rayonlardakı ünvanlarda axtarışlar aparılıb.

Axtarışlar zamanı 120 kq tütün, 1 ədəd tapança, 13 güllə və 13 bıçaq götürülüb.

Məsələ ilə bağlı 5 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər