NASA yarım əsr sonra Aya ilk insan uçuşunu həyata keçirəcək


  • 10:53

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 1968-ci ildən bəri Aya ilk insan uçuşunu gələn il həyata keçirəcək.

E-huquq.az xəbər verir ki, NASA 1968-ci ildə Apollon 8 missiyası ilə Ay orbitinə göndərdiyi ilk insan uçuşunu bu dəfə "Artemis 2" ilə təkrarlamağa hazırlaşır.

10 gün davam edəcək bu səyahət zamanı dörd astronavt Orion kapsulu ilə Ayın ətrafında dövrə vuracaq. "Artemis 2" missiyası 1972-ci ildən sonra Ay yaxınlığına göndərilən ilk insanlı uçuş olacaq.

Astronavtlar Reid Wiseman, Viktor Glover, Kristina Kox və Ceremi Hansen Ayın uzaq tərəfinə doğru səyahət edəcək.

Missiya həm texniki, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Kosmos yarışının yenidən qızışdığı bir dövrdə bu təşəbbüs ABŞ-ın liderliyini qorumaq və ictimai dəstəyi möhkəmləndirmək üçün mühüm addım hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər