- 13:15
Rusiyanın Moskva şəhərində yerləşən “Varşavskaya Plaza” biznes mərkəzinin binasında yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya FHN-in şəhər üzrə Baş İdarəsi məlumat yayıb.
Yanğın 6 mərtəbəli biznes mərkəzin 4 cü mərtəbəsində baş verib.
Hələlik yanğının mənbəyi müəyyən edilməyib.
Yanğının sahəsi təxminən 40 kvadratmetri əhatə edib.
Yanğının söndürülməsinə 65 yanğınsöndürən və 18 texnika cəlb olunub.
Mərkəzdən 60 nəfər təxliyə edilib.
Humay Eminqızı