Çexiya COVID-19-a qarşı vaksinlərin alınmasına 19 milyard xərcləyib


  • 12:10

Çexiya COVID-19 pandemiyasının başlanğıcından bu yana bu xəstəliyə qarşı vaksinlərin alınmasına ümumilikdə 19 milyard kron (təxminən 800 milyon avro) vəsait xərcləyib.

E-huquq.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin nümayəndəsi Martin Novotnı məlumat verib.

Çexiya dərman şirkətləri ilə mövcud müqavilələrə əsasən, 2026-cı ilin sonunadək vaksinlər almağa davam edəcək.

2026-cı ildə ölkəyə 900 min doza vaksin gətirilməsi nəzərdə tutulur və bunun üçün 500 milyon kron (təxminən 20 milyon avro) ödənilməlidir.

Çexiyada COVID-19 əleyhinə vaksinasiya beş il əvvəl başlayıb. Bu müddət ərzində 19,5 milyondan çox peyvənd vurulub.

Humay Eminqızı

Oxşar xəbərlər