- 13:27
Kamboca ilə Tailand arasında aparılan hərbi danışıqlara baxmayaraq davam edən sərhəd toqquşmalarında 7 dekabrdan bu yana ümumilikdə 96 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, Kamboca Müdafiə Nazirliyi Tayland ordusunun bu gün səhər saatlarında Banteay Meanchey əyalətində yerləşən bir kəndə artilleriya hücumu həyata keçirdiyini və hücum nəticəsində bir mülki şəxsin həlak olduğunu açıqlayıb.
Daxili İşlər Nazirliyinin bəyanatında isə 7 dekabrdan bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, didərgin düşənlərin sayının isə 610 minə yüksəldiyi bildirilib.
Tailand rəsmiləri isə ümumilikdə 42 mülki şəxsin və 23 hərbçinin həlak olduğunu, təxminən 400 min nəfərin isə yerindən edildiyini qeyd ediblər.
Qeyd edək ki, Tailand və Kamboca dünən hərbi danışıqlara başlayıb.
Humay Eminqızı