- 13:27
Türkiyənin Diyarbəkir şəhərində zavodda partlayış olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Diyarbəkirin Çermik rayonunda yerləşən pendir istehsal edən zavodun qazanxanasında naməlum səbəblərdən partlayış baş verib.
Partlayış nəticəsində ikisi ağır olmaqla 6 nəfər yaralanıb.
Əraziyə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım, axtarış-xilasetmə qrupları cəlb edilib.
Yaralılar təcili yardımla Çermik Dövlət Xəstəxanasına və Diyarbəkirdəki digər xəstəxanalara aparılıb.
Partlayış nəticəsində divarları uçan obyektə ziyan dəyib.
Çermik rayon valisi Adem Karataş hadisə yerində olub.
Şəbnəm Mehdizadə