- 15:03
Avropa Parlamentinin sədri Roberta Metsola ABŞ-ni keçmiş Avropa komissarı Thierry Breton da daxil olmaqla 5 avropalıya tətbiq etdiyi viza məhdudiyyətini ləğv etməyə çağırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Metsola bu barədə sosial şəbəkə hesabında yazıb.
O, bu qadağanın qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Fransanın Maliyyə Naziri vəzifəsində çalışmış Breton 2019-2024-cü illərdə Aİ Komissiyası daxilində rəqəmsal qaydaların formalaşdırılmasında aparıcı rol oynayıb.
Şəbnəm Mehdizadə