- 15:03
İsrail ordusunun Livanın cənubundakı Tir şəhərində bir avtomobilə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
E-huquq.az Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, hücum zamanı 1 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2024-cü ilin noyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livanın cənubuna hücumlarını davam etdirir.
Şəbnəm Mehdizadə