- 15:03
ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları ilə qanunsuz miqrantlar arasında insident yaşanıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, ICE əməkdaşları əməliyyat zamanı içərisində qanunsuz miqrantların olduğu mikroavtobusu saxlamağa cəhd ediblər.
Lakin portuqaliyalı sürücü mikroavtobusu əməkdaşların olduğu avtomobillərin və zabitlərin üzərinə tərəf sürüb.
Daha sonra ICE əməkdaşları sürücüyə silahdan atəş açıb. Mikroavtobusda olan iki miqrant da hadisə zamanı yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə