- 15:03
Somalinin paytaxtı Moqadişuda əhali 1969-cu ildən bəri ilk dəfə olaraq yerli seçkilərdə birbaşa səs verib.
E-huquq.az xəbər verir ki, bu barədə Somali Federal Respublikasının Milli Müstəqil Seçki və Sərhədlər Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, seçkilərdə 20 siyasi partiyadan 1604 namizəd iştirak edir.
Səsvermə prosesi axşam saatlarında başa çatacaq.
Somalidə sonuncu dəfə birbaşa ümumi seçkilər 1969-cu ildə keçirilib.
Ölkə 1991-ci ildə başlayan vətəndaş müharibəsindən sonra uzun illər “4,5 sistemi” kimi tanınan qəbilə əsaslı təmsilçilik modeli ilə idarə olunub. Bu sistemə əsasən vətəndaşlar birbaşa səs verə bilmirdi, deputatlar qəbilə nümayəndələri tərəfindən seçilir, prezident isə həmin deputatlar tərəfindən müəyyən edilirdi.
Humay Eminqızı