Peskov: “Zelenskinin sözləri onun münaqişəni həll etmək qabiliyyətini sual altına qoyur”


  • 15:03

Volodimir Zelenskinin bəyanatları onun Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı adekvat qərarlar qəbul etməyə qadir olub-olmaması sualını gündəmə gətirir.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Milad çıxışını şərh edərkən bildirib. Həmin çıxışda Zelenski kiməsə ölüm arzulayıb.

Kremldə bildirilib ki, bu cür ifadələr “qeyri mədəni və aqressivdir” və ümumilikdə Zelenski “kifayət qədər adekvat olmayan bir insana bənzəyir”.

“İstər-istəməz sual yaranır: o, siyasi-diplomatik vasitələrlə nizamlanma istiqamətində adekvat qərarlar qəbul etməyə qadirdirmi?” – deyə Peskov əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər