Almaniyada tənhalıqla mübarizə aparmaq üçün fond yaratmaq təklif edilir


  • 15:22

Almaniyada artan tənhalıq və zəifləyən qonşuluq münasibətləri ilə mübarizə məqsədilə hökumətə çağırış edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Şəhərlər və Bələdiyyələr Assosiasiyası bu sahədə daha təsirli addımlar atılması üçün hökumətə tənqidi müraciət ünvanlayıb.

Assosiasiyanın baş direktoru Andre Berghegger tənhalığın artıq fərdi problem deyil, ictimai böhran halını aldığını bildirib və bu məsələnin maliyyə çatışmazlığına qurban verilməməsinin vacibliyini vurğulayıb.

O, tənhalığa qarşı mübarizə üçün 500 milyon avroluq xüsusi fondun yaradılmasını təklif edib.

Berghegger həmçinin kitabxana və xalq təhsil mərkəzlərinin təkcə təhsil deyil, insanlar üçün sosial toplaşma məkanları olduğunu xatırladaraq, bu müəssisələrin fəaliyyətini davam etdirməsi üçün sabit maliyyə dəstəyinin zəruri olduğunu qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər