Suriyanın Homs şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
Suriyanın Homs şəhərində İmam Əli məscidində terror aktı həyata keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Sham TV” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış cümə namazı zamanı baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Humay Eminqızı
