- 17:26
İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlarını davam etdirir.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi “NNA” agentliyi məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Livanın cənubundakı Tuffah bölgəsində Safi dağı və Bıreyçi, Basalaya qəsəbəsini, həmçinin ölkənin şərqində Hermel rayonunun kənd ərazilərini intensiv hava zərbələri ilə hədəf alıb.
Livan rəsmiləri hücumlar və itkilərin olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
İsrail ordusunun açıqlamasında Livanın bir çox bölgəsində “Hizbullah”a məxsus hədəflərə zərbələr endirildiyi bildirilib. Hücumlarda “Hizbullah”ın təlim düşərgələri və silah anbarlarının hədəf alındığı iddia edilib.
Humay Eminqızı