- 17:26
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yeni ildə hücuma hazırlaşan İŞİD terrorçusu İbrahim Burtakuçini ələ keçirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, aparılan kəşfiyyat işləri nəticəsində İŞİD üzvü olan İbrahim Burtakuçinin Türkiyədə terror təşkilatı adından fəaliyyət göstərdiyi və yeni il şənlikləri zamanı hücuma hazırlaşdığı müəyyən edilib.
Onun həm ölkə daxilində, həm də xaricdə bir çox İŞİD tərəfdarı ilə əlaqə saxladığı da məlum olub.
Malatyada keçirilən əməliyyat zamanı terrorçu ələ keçirilib.
Terrorçunun ünvanında fərdi və təşkilata aid rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.
Şəbnəm Mehdizadə