Rusiya Afrika qitəsində mövqelərini möhkəmləndirib


  • 16:00

Rusiya 2025-ci il ərzində Afrika qitəsində mövqelərini möhkəmləndirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya və Sahel Dövlətləri Konfederasiyası arasında xarici işlər nazirləri səviyyəsində dialoq mexanizmi yaradılıb. Dekabrda Qahirədə keçirilən Rusiya-Afrika Tərəfdaşlıq Forumunun İkinci Nazirlər Konfransı 2026-cı ildə növbəti Rusiya-Afrika sammitinin keçirilməsinin əsasını qoydu. Mali və Toqo ilə münasibətlərin əsaslarına dair dövlətlərarası sazişlər bağlandı. Rusiyanın Cənubi Sudandakı səfirliyi açıldı”, - məlumatda bildirilib.

Qeyd edək ki, dekabrın 19-20-də Qahirədə Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransı keçirilib. Konfransın plenar iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Afrika ölkələrinin 2026-cı ilə planlaşdırılan üçüncü sammit üçün yeni strateji sənəd hazırlayacağını açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər