- 17:26
"OpenAI" şirkəti tərəfindən təqdim edilən yeni fərdiləşdirmə xüsusiyyətləri sayəsində "ChatGPT"nin danışıq tərzi və cavab tonu artıq istifadəçinin seçiminə uyğun olaraq tənzimlənə bilir.
E-huquq.az xəbər verir ki, "ChatGPT" üçün fərdiləşdirmə adlı yeni funksiyanı istifadəyə verib. Yenilik sayəsində istifadəçilər süni intellektin cavab verərkən hansı üslubda və hansı əhval-ruhiyyədə olacağını özləri müəyyən edə bilirlər. Beləliklə, "ChatGPT" yalnız texniki alqoritm deyil, daha insana yaxın və fərdi rəqəmsal köməkçiyə çevrilir.
Yeni menyu istifadəçilərə müxtəlif üslub seçimləri təqdim edir. Rəsmi ünsiyyət üçün prrofessional, daha səmimi dialoq üçün isə dost tonu seçilə bilər. Bundan əlavə, sarkastik, məlumatlı, qeyri-rəsmi kimi alternativlər də mövcuddur.
İstifadəçilər yeni tənzimləmə ilə eyni zamanda cavabların nə qədər detallı olacağını, emojilərdən istifadə səviyyəsini, eləcə də mətnin başlıqlar və ya düz formatda təqdim edilməsini də tənzimləyə bilirlər.
Bu dəyişikliklərin əsas səbəblərindən biri istifadəçi rəyləri olub. GPT-5 versiyasının buraxılışından sonra bəzi istifadəçilər cavabların çox qısa və ünsiyyətin soyuq olduğunu qeyd ediblər. Şirkət bu tənqidləri nəzərə alaraq əvvəlcə cavab tonunu yumşaldıb, daha sonra isə tam fərdiləşdirmə imkanı yaradıb. Noyabr ayında başlayan yeniləmələr GPT-5.2 versiyası ilə daha da inkişaf etdirilib və nəticədə "ChatGPT" hər bir istifadəçinin üslubuna uyğunlaşan fərdi köməkçiyə çevrilib.
Şəbnəm Mehdizadə