İsraildə terror aktı baş verib, 2 nəfər ölüb


  • 16:50

İsrailin şimalında terror aktı baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Hücum nəticəsində iki İsrail vətəndaşı öldürülüb.

Məlumata görə, İsrailin şimalında törədilmiş terror aktı bir sıra terror hərəkətlərindən ibarət olub. Hadisə Beit-Şean şəhərində başlayıb, burada bir piyadanı maşınla vuraraq öldürüblər. Daha sonra gənc qadın Ein-Xarod bölgəsində ağır bıçaq xəsarətləri ilə öldürülüb.

Şübhəli Afulada zərərsizləşdirilib.

“KAN” dövlət teleradio şirkətinin məlumatına görə, Beyt-Şean şəhəri ərazisində terrorist həmçinin 16 yaşlı yeniyetməni eləcə də Afulla şəhəri istiqamətində 37 yaşlı kişini də vurub.

Humay Eminqızı

Oxşar xəbərlər