Tramp yaxın vaxtlarda Putinlə danışmağı planlaşdırır


  • 01:12

ABŞ Prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

E-huquq.az-ın xəbərinə görə, Amerika lideri söhbətin vaxtını dəqiqləşdirməyib, yalnız Putinlə istədiyi zaman danışacağını vurğulayıb.

Tramp həmçinin bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə məhsuldar görüş gözlədiyini bildirib.

"Düşünürəm ki, onunla (Zelenski - red.) hər şey yaxşı olacaq. Məncə, Putinlə də hər şey yaxşı olacaq", - Ağ Ev rəhbəri bildirib.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq perspektivlərindən danışan Tramp, "Politico"nun qeyd etdiyi kimi, Zelenskinin təklifinə kifayət qədər soyuqqanlı reaksiya verib: "Mən təsdiq edənə qədər onun heç nəsi olmayacaq. Gəlin görək onun nələri var

Oxşar xəbərlər