- 27 Dekabr 08:37
Nigeriyanın şimal-qərbində, Zamfara ştatında Yar'Taşa–Dansadau şosesində baş verən partlayış nəticəsində çox sayda insan həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə ştat polisinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Yazid Abubakar "Daily Post"a bildirib.
"Mən bu ərazidə partlayış faktını təsdiqləyə bilərəm, lakin hadisə az əvvəl baş verib. Hazırda sizə ətraflı məlumat verə bilmirəm. Əlavə məlumatı sonradan təqdim edəcəyəm", – o qeyd edib.
İlkin məlumata görə, hadisə Zamfara ştatının Maru yerli idarəetmə bölgəsində baş verib. Güman olunur ki, naməlum silahlı dəstənin yerləşdirdiyi kustar üsulla hazırlanmış partlayıcı qurğu insan ölümünə səbəb olub, həmçinin yerli sakinlərin infrastrukturu və əmlakına ziyan vurub.