ABŞ-də iki helikopter toqquşub


  • 10:32

ABŞ-nin Nyu-Cersi ştatının cənubunda iki helikopter havada toqquşub.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilib ki, “Enstrom F-28A” və “Enstrom 280C” tipli iki helikopter dünən yerli vaxtla saat 11:25 radələrində qəzaya uğrayıb.

Toqquşma Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında baş verib.

Helikopterlərdə yalnız pilotlar olub. Onlardan biri ölüb, digəri isə ağır yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər