Türkiyənin 12 vilayətində güclü qar yağıb, yollar bağlanıb - FOTO


  • 13:13

Türkiyədə yağan güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, güclü qar və çovğun səbəbindən minlərlə yaşayış məntəqəsinə gedən yollar buz bağlayıb.

Zonguldakda qar yağması səbəbindən 81 kənd yolu nəqliyyat üçün bağlanıb.

Bundan başqa Düzcü, Karabük, Tunceli, Ağrı, Kars, Sivas, Van, Hakkari, Muş, Bitlis kimi vilayətlərdə də yağan qar nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Bələdiyyə əməkdaşları kəndlərə gedən yollarda qar təmizləmə və duzlama işləri həyata keçirir.

Vətəndaşlara zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə etməmələri barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər