Zelenski: "Tramp 15 illik zəmanət təklif edir, amma 30 illik istəyirik"


  • 13:30

ABŞ Prezidenti Donald Tramp Ukraynaya 15 illik təhlükəsizlik zəmanətləri təklif edir, Ukrayna isə dərhal 30-50 il istəyi ilə çıxış edib.

E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Hazırda bu təklif olunan əbədi deyil. Sənəd 15 illikdir, uzadılma imkanı ilə. Mən bu məsələni Prezidentlə qaldırdım. Ona dedim ki, münaqişə artıq demək olar ki, 15 ildir davam edir. Buna görə də çox istərdik ki, zəmanətlər daha uzun müddətli olsun. Bildirdim ki, biz zəmanətlərin 30, 40 və ya 50 il olmasını nəzərdən keçirmək istəyərdik. Prezident isə düşünəcəyini dedi." - Zelenski bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər