Bolqarıstan levinin rəsmi pul vahidi statusu ləğv edilir


  • 13:30

1881-ci ildən etibarən dövriyyədə olan Bolqarıstan levinin rəsmi pul vahidi statusu 2025-ci il yanvarın 1-dən etibarən ləğv ediləcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının tənzimləmələri çərçivəsində Bolqarıstanda avronun tətbiqinə hazırlıqlar yekunlaşmaq üzrədir. Yanvarın 1-dən etibarən başlayacaq keçid dövrü çərçivəsində bir ay müddətində həm lev, həm də avro paralel şəkildə istifadə olunacaq. Keçid müddəti başa çatdıqdan sonra isə levin dövriyyəsi tamamilə dayandırılacaq. Bununla belə, vətəndaşlar istədikləri vaxtda levlərini sabit məzənnə ilə avroya dəyişə biləcəklər.

Beləliklə Bolqarıstan Avrozonaya daxil olur və levin yerini avro alır. Bu dəyişiklik Bolqarıstan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər