Peskov: "Növbəti seçkilərdə Avropa liderlərini çətin günlər gözləyir"


  • 15:03

Avropa İttifaqında (Aİ) Ukraynadakı münaqişənin davam etməsini istəyən liderlərə qarşı narazılıq artır.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, müharibəni davam etdirmək həvəsində olan daha çox Aİ liderlərinin vergi ödəyicilərinin cibinə əl atması ilə bağlı ciddi narazılıq var", - o deyib

"Aİ vətəndaşları növbəti seçkilərə qədər liderlərinə dözməli olacaqlar, çünki çətin ki onları “devirmək” mümkün olsun" - Peskov əlavə edib.

Onun fikrincə, növbəti seçkilərdə Avropa liderlərini çətin günlər gözləyir.

Humay Eminqızı

Oxşar xəbərlər