- 17:26
Yaponiyanın Hokkaydo bölgəsindəki xizək kurortunda 5 yaşlı uşaq konveyer lentinə ilişərək həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü səhər baş verib. Belə ki, uşaq konveyer lentindən düşərkən yıxılıb və sağ qolu mexanizmə ilişib qalıb.
Kurortun konveyer lenti təhlükəsizlik mexanizmi ilə təchiz olunsa da, hadisə zamanı aktiv olmayıb. Uşağın anası təcili dayanma düyməsini basaraq maşını dayandırıb. Xilasetmə qrupları lentin bir hissəsini sökərək uşağı huşsuz halda xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.
Polis hadisənin səbəblərini araşdırır.
Şəbnəm Mehdizadə