Məzmuna keç

Avtomobil kanala düşdü – Ata və 3 övladı itkin düşdü

Türkiyənin Şanlıurfa şəhərində avtomobil su kanalına düşməsi nəticəsində 4 nəfər itkin düşüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Harran rayonunda minik avtomobili su kanalına düşüb. Avtomobildə olan 5 nəfərdən biri sudan çıxmağı bacarıb.

Digər 4 nəfər – ata və 3 övladı isə itkin düşüb.

Şanlıurfa Valiliyi bildirib ki, itkin düşənlərin axtarış əməliyyatları davam edir.

Şəbnəm Mehdizadə