- 17:26
Nepalda keçmiş rep ifaçısı Balendra Şah 2026-cı ilin martında keçiriləcək seçkilərdə baş nazir postuna namizədliyini açıqlayıb.
E-huquq.az "Bombay Samachar" qəzetinə istinadən xəbər verir ki, Balendra Şah Rastriya Svatantra Partiyası (RSP) ilə yeddi maddəlik razılaşma əsasında ittifaq yaradaraq seçkilərə qatılacaq.
Razılaşmaya əsasən, Şah parlament qrupunun rəhbəri və baş nazirliyə vahid namizəd olacaq. RSP sədri, eyni zamanda keçmiş baş nazirin müavini Rabi Lamiçhane isə partiya rəhbəri vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, 2026-cı il martın 5-də baş tutacaq seçkilərdə Nepal parlamentinin Nümayəndələr Palatasına 275 deputat seçiləcək.
Şəbnəm Mehdizadə