Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 357 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən 357 nəfəri saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

“Bu gün səhər ölkənin 21 vilayətində həyata keçirilən əməliyyatlar çərçivəsində İŞİD-ə üzv olmaqda şübhəli bilinən 357 nəfər saxlanılıb”, – nazir bildirib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlar prokurorluq orqanları ilə koordinasiya şəraitində, o cümlədən Ankara, İstanbul və Antalya şəhərlərində aparılıb.

Humay Eminqızı