- 15:55
Hüquq-mühafizə orqanları 2025-ci ildə Rusiyada nəqliyyat obyektlərində diversiya törətməkdə şübhəli bilinən 300-dən çox şəxsi saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Baş İdarəsinin rəisi Oleq Kalinkin məlumat verib.
“2025-ci ildə nəqliyyat obyektlərində diversiya törətmək və nəqliyyat infrastrukturunu yandırmaq əməllərinə görə 300-dən çox şəxs saxlanılıb. Təəssüf ki, onların 150-dən çoxu yetkinlik yaşına çatmayanlardır”,- Kalinkin bildirib.
Onun sözlərinə görə, ümumilikdə nəqliyyat obyektlərində 400-dən çox qanunsuz əməl qeydə alınıb. Onların yarısının üstü açılıb.
“Əsasən potensial diversantların cəlb edilməsi internet üzərindən aparılır. DİN onlara qarşı mübarizə məqsədilə informasiya kampaniyası planlaşdırıb”,- Kalinkin qeyd edib.
Humay Eminqızı