- 15:55
2025-ci ildə Türkiyədə 53 262 zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gazi Universitetinin Mühəndislik Fakültəsinin müəllimi, fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis, dosent Dr. Bülent Özmen məlumat yayıb.
Özmen 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdən sonra 2025-ci ilin Türkiyədə ən çox zəlzələnin və ən böyük zəlzələnin qeydə alındığı ikinci il olduğunu bildirib.
“2025-ci ildə maqnitudası 4-dən çox olan 437 zəlzələ baş verib. Bunlardan 412-si 4-5, 20-si 5-6, 5-i isə 6-6.9 bal gücündə olub. Türkiyə saatda orta hesabla 6, gündə isə 146 zəlzələ ilə sarsılır”, - mütəxəssis bildirib.
Onun sözlərinə görə, Sındırgı əhalisi gündə orta hesabla 146 zəlzələ ilə sarsılıb.
“İl ərzində zəlzələlər səbəbindən 3 nəfər ölüb, 594 nəfər yaralanıb”, - Özmen bildirib.
Humay Eminqızı